Ermənistan Şimali İraqda baş konsulluq açır
Bizi izləyin

Dünya

Ermənistan Şimali İraqda baş konsulluq açır

Ermənistan Şimali İraq kürd muxtariyyətinin mərkəzi Ərbildə baş konsulluq açmaq niyyətindədir.

Ermənistan Şimali İraq kürd muxtariyyətinin mərkəzi Ərbildə baş konsulluq açmaq niyyətindədir.Publika.Az –ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə İraqda səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu ölkənin baş naziri Nuri əl-Maliki ilə görüşündə bildirib.

E.Nalbandyan İraq vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı Ermənistanın qəbul etdiyi qərar barədə məlumat verib. Nalbandyan xatırladıb ki, son dörd il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi bir neçə dəfə araraq 80 milyon dollar təşkil edib.

İraq baş naziri isə İraq-Ermənistan əməkdaşlığının genişləndirilməsi üçün ciddi potensialın olduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm