Amerikalı generaldan dəhşətli çağırış: “Rusiyalıları öldürmək lazımdır” – VİDEO
Bizi izləyin

Dünya

Amerikalı generaldan dəhşətli çağırış: “Rusiyalıları öldürmək lazımdır” – VİDEO

ABŞ-ın istefada olan generalı “Fox News” telekanalın efirində rusları öldürməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, general-mayor Robert Skales ABŞ-ın yalnız rusiyalıları öldürərək Donbas hövzəsindəki münaqişədə qalib gəlmək üçün Kiyevə kömək edə biləcəyini deyib.

“Ukraynada artıq hər şey həll edilib. ABŞ rusları öldürməyə başlamaqla regionda vəziyyətə təsir göstərə bilər. Çoxlu rus öldürmək lazımdır. Bu halda hətta Rusiya KİV-i də rusların tabutlarla vətənə qayıtdıqları barədə faktı gizlədə bilməzlər”, - Skales deyib.

O, həmçinin bunun baş verməyəcəyi ilə bağlı təəssüfünü ifadə edib. Generalın sözlərinə görə, Vaşinqtonun Kiyevə göstərdiyi dəstəyin səviyyəsi Ukrayna ordusuna 12 min Rusiya əsgərinə qarşı əks-hücuma keçməyə imkan vermir.

Qeyd edək ki, Kiyev və bir sıra Qərb ölkələri Ukraynanın şərqində Rusiya qoşunları və hərbi texnikasının olduğunu bildirir. Rusiya isə dəfələrlə münaqişə tərəfi olmadığını bildirərək bu ittihamları rədd edib.

Robert Skales Vyetnam müharibəsinin veteranıdır. 2000-ci ildə ehtiyata buraxılan general hazırda hərbi analitik kimi çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm