• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İstanbulda 79 kiloqram heroin satmaq istəyən azərbaycanlı axtarılır – FOTOLAR

  • Dünya
  • 12 Mart 2015 12:27
  • 707 Baxış
İstanbulda 79 kiloqram heroin satmaq istəyən azərbaycanlı axtarılır – FOTOLAR

İstanbul Ərazi Jandarma Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı şahmat taxtaları arasında gizlədilərək qaçaqmalçılıq yolu ilə Hakkaridən İstanbula gətirilən 79 kiloqram heroin ələ keçirilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin jandarm polisinin müsadirə etdiyi narkotik maddələrin bazar qiymətinin 1 milyon avro olduğu deyilir. Əməliyyat zamanı narkotik maddələri gətirən bir qrup şəxs də saxlanılıb. Ancaq təşkilatçı hadisə yerində olmadığı üçün onun barəsində axtarış davam etdirilir.

Türkiyə polisi bəyan edib ki, 79 kiloqram heroini satış üçün bazara çıxarmaq istəyən şəxs milliyətcə azərbaycanlıdır və hazırda onun axtarışı ilə bağlı əməliyyat tədbirləri həyata keçirilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR