Raffi Ovannisyan: “Ermənistan vassal dövlətdir”
Bizi izləyin

Dünya

Raffi Ovannisyan: “Ermənistan vassal dövlətdir”

“İrs” Partiyasının lideri Avropa İttifaqının əvəzinə Gömrük Şurasını seçdyinə görə də hakimiyyəti tənqid edib. “Bir gecədə verilən qərarla Avropa İttifaqı ilə assosiativ razılaşma üzərində aparılan uzunmüddətli iş çölə atıldı”, - o, dilə gətirib.

“Ermənistanın xarici siyasətində “vassal qarşılıqlı əlaqəsi” üstünlük təşkil edir”.Publika.Az –ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın müxalif "İrs" partiyasının sədri Raffi Ovannisyan illik müraciətində söyləyib.

Partiya sədrinin sözlərinə görə, hakimiyyət resursları və milli maraqları hesabına xarici güclərin dəstəyi üçün zəmanət qazanmağa çalışır. “Öz hakimiyyəti üçün xarici himayənin axtarışında olan hazırkı prezident Ermənistanı beynəlxalq səhnədə təcrid vəziyyətinə salıb. Dost və müttəfiq ölkələrlə effektiv münasibətlərin inkişaf etdirilməsi üçün heç bir səy göstərilməyib”, - R.Ovannisyan bildirib.

“İrs” Partiyasının lideri Avropa İttifaqının əvəzinə Gömrük Şurasını seçdyinə görə də hakimiyyəti tənqid edib. “Bir gecədə verilən qərarla Avropa İttifaqı ilə assosiativ razılaşma üzərində aparılan uzunmüddətli iş çölə atıldı”, - o, dilə gətirib.

Qeyd edək ki, “İrs” Partiyasının əsası Ermənistanın sabiq xarici işlər naziri R.Ovannisyan tərəfindən 2002-ci ildə qoyulub. 2013-cü il prezident seçkilərində namizəd olan Ovannisyan Serj Sarkisyana uduzub. Partiya 6 millət vəkili ilə parlamentdə təmsil olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm