Atatürkün vəsiyyətnaməsinin orijinalı üzə çıxdı - FOTO
Bizi izləyin

Dünya

Atatürkün vəsiyyətnaməsinin orijinalı üzə çıxdı - FOTO

Türkiyə Cümhuriyyətinin qurucusu olan Atatürkün itdiyi iddia olunan vəziyyətnaməsi ilk dəfə görüntülənib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dövlət Arxiv İdarəsinin rəhbəri Uğur Ünal Mustafa Kamal Atatürkün 5 sentyabr 1938-ci il tarixdə Dolmabahçedə qələmə aldığı vəsiyyətin lazım olduğu kimi qorunduğunu deyib.

Uğur Ünal Atatürkün vəsiyyətinin itdiyi barədə iddiaları təkzib etmək üçün vəsiyyətnamənin orijinalını “Anadolu” agentliyinin əməkdaşına göstərib. O, 1989-cu ildə onlara təhvil verilən vəsiyyətnamədə Atatürk Meşə Cütlüyü ilə əlaqədar hər hansı bir maddənin yer almadığını ifadə edib.

Xatırladaq ki, vəsiyyətin itdiyi barədə açıqlama ilə Türkiyənin Memarlar Odası Ankara şöbəsinin rəhbəri Tezcan Qaraquş Candan çıxış edib. O, Ankara Ədliyyəsində Atatürk Meşə Cütlüyünə dair keçirilən məhkəmə prosesindən bildirib ki, dövlətin qurucusunun öz əl yazısı ilə yazılmış vəsiyyəti dövlət arxivlərində yoxdur: “Məhkəmədə Meşə Cütlüyünə dair Atatürkün vəsiyyətini istədik. Lakin bugünkü prosesdə Dövlət Arxiv idarəsinin rəsmiləri vəsiyyətin onlarda olmadığını söylədi. Dövlət Arxiv İdarəsi bununla da vəsiyyətin itdiyini təsdiqləmiş oldu”.

Qeyd edək ki, Memarlar Odasının Ankara şöbəsi Atatürkün Meşə Cütlüyünə dair vəsiyyətinin pozulması barədə məhkəməyə müraciət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm