Roma Papasına çılpaq rahibə sürprizi - FOTOLAR
Bizi izləyin

Dünya

Roma Papasına çılpaq rahibə sürprizi - FOTOLAR

Roma Papası Fransiskin İtaliyanın Neapol şəhərinə səfəri ərəfəsində təxribat xarakterli hadisə baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə bir binanın fasadına asılan reklam lövhəsi qalmaqala səbəb olub.

Məsələ ondadır ki, hündürlüyü təxminən 9, eni 6 metr olan reklam lövhəsində yarıçılpaq rahibənin şəkli yerləşdirilib. Reklam lövhəsi “Rosso di Sera” adlı bir geyim şirkətinə aiddir. Lövhədə təsviri verilən rahibənin qurşaqdan yuxarı hissəsi çılpaqdır. Əlində təsbeh olan qadın qolları ilə sinəsini qismən örtüb.

Roma Papasının Neapola səfəri 21 mart tarixinə planlaşdırılıb. Geyim şirkətinin nümayəndəsi isə bildirib ki, Papanın səfərinin vaxtı məlum olmamışdan əvvəl reklam lövhəsinin hazırlanması planlaşdırılıb.

“Biz etiraf edirik ki, reklam üçün iddialı bir marketinq gedişi etmişik. Ancaq əmin edə bilərik ki, Allahı təhqir etmək niyyətimiz yoxdur”, - “Rosso di Sera” şirkətinin nümayəndəsi bildirib.

Reklam lövhəsi yerli sakinlərin tənqidinə tuş gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm