İranın dini lideri senatorların cavabını verdi
Bizi izləyin

Dünya

İranın dini lideri senatorların cavabını verdi

İranın ali rəhbəri ayətullah Əli Xameneyi ABŞ senatorlarının məktubuna cavab verib.

Publika.az-ın məlumatına görə, dini lider bildirib ki, İran Amerikadan dərs almağa hazırlaşmır.

Respublikaçı senatorların İrana məktubunu şərh edən ali rəhbər nüvə danışqılarının taleyindən narahat olduğunu vurğulayıb.

"Çünki qarşı tərəf riyakar və arxadan vurandır”, - Xameneyi əlavə edib.

Ötən həftə ABŞ-ın 47 senatoru İran rəhbərlərinə yazdıqları açıq məktubda bildirmişdilər ki, prezident Barak Obama hakimiyyətdən gedən kimi İranla nüvə sazişinin üstündən xətt çəkilə bilər. Bu məktub ABŞ-ın özündə prezident administrasiyası tərəfindən tənqid olunub və birmənalı qarşılanmayıb.

Ayətullah Xameneyi deyib ki, əslində bu məktub Birləşmiş Ştatlarda siyasi ədəbin iflasa uğradığını nümayiş etdirir. Onun fikrincə, dövlətlər öz öhdəliklərinə dəyişən hökumətlərlə yox, beynəlxakq qanunlarla bağlı olmalıdırlar.

İranın ali rəhbəri ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə aparılan İran-Qərb danışıqlarına dəstək verdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm