Yanukoviçin daha bir silahdaşı intihar etdi
Bizi izləyin

Dünya

Yanukoviçin daha bir silahdaşı intihar etdi

Bu gün Zaporojye vilayətinin sabiq qubernatoru və Ukrayna Ali Radasının sabiq xalq deputatı Aleksandr Pekluşenkonun Solneçnıy qəsəbəsində cəsədi aşkarlanıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, sabiq qubernator boyun nahiyəsindən güllə yarası alıb.

Hüquq-mühafizə orqanları intihar versiyası üzərində işləyirlər. Daxili İşlər Nazirliyinin Zaporojye vilayəti üzrə baş inspektoru bildirib ki, intihar barədə versiya təsdiqlənib.

Qeyd edək ki, Aleksandr Pekluşenkonun adı 26 yanvar 2014-cü ildə Zaporojye vilayətində nümayişlərin dağıdılmasına görə qaldırılan cinayət işində çəkilir. Daxili İşlər Nazirliyində hesab edirlər ki, sabiq qubernatorun ölümü keçmiş deputat Mixail Çeçetovun ölümü ilə bağlı ola bilər. Çeçetov fevralın 28-də 17-ci mərtəbədə yerləşən mənzilindən tullanaraq intihar edib.

Pekluşenko və Çeçetov keçmiş prezident Viktor Yanukoviçin lideri olduğu Regionlar Partiyasının təmsilçiləri idi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm