İŞİD-ə qoşulan qızlara kömək edən kəşfiyyatçı tutulub
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulan qızlara kömək edən kəşfiyyatçı tutulub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İngiltərədən İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən 3 qızla bağlı şok bir iddia səsləndirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu İŞİD-ə qoşulmaq üçün qızlara kömək edən adamın tutulduğunu və onun koalisiyada yer alan ölkələrdən birinin kəşfiyyatına çalışdığını söyləyib.

“Bu qızlara kömək edən şəxsin kim olduğunu bilirsinizmi? O, tutuldu və İŞİD-ə qarşı yaradılan koalisiyada yer alan bir ölkənin kəşfiyyatına çalışdığı ortaya çıxdı. Həmin ölkə Avropa Birliyinin üzvü deyil, ABŞ da deyil. Amma həmin ölkə koalisiyada təmsil olunur. Bunu İngiltərənin xarici işlər nazirinə də söylədim”, - Türkiyə xarici işlər naziri deyib.

Qeyd edək ki, Şamima Begum (15), Amira Abase (15) və Kadiza Sultana (16) fevralın 17-də Londondan İstanbula gəlib. Onlar daha sonra Suriyaya keçərək İŞİD-ə qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm