Avropa ölkəsi Avropa Birliyindən imtina etdi
Bizi izləyin

Dünya

Avropa ölkəsi Avropa Birliyindən imtina etdi

İslandiya Avropa Birliyinə üzvlük üçün etdiyi müraciətini geri çəkib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslandiyanın xarici işlər naziri Gunnar Bragi Sveinson bildirib.

Onun sözlərinə görə, üzvlük müzakirələrinin dayandırıldığı barədə Avropa Birliyinə sədrlik edən Latviyaya məlumat verilib.

Bununla da ilk dəfə bir Avropa ölkəsi Avropa Birliyi ilə başladığı üzvlük müzakirələrini 7 il sonra dayandırdı. İki il əvvəl Avropa Birliyinin əleyhinə olan vədlərlə iqtidara gələn İslandiya hökuməti seçicilərinə verdiyi vədi yerinə yetirib. İslandiya Xarici İşlər Nazirinin internet səhifəsində “İslandiyanın maraqları Avropa Birliyinə daxil olmadan daha yaxşı qorunur” yazılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm