Saakaşvili: “Əminəm ki, Obama bunu nəzərə alacaq”
Bizi izləyin

Dünya

Saakaşvili: “Əminəm ki, Obama bunu nəzərə alacaq”

“Amerika elitasında Ukraynaya hücum və müdafiə silahlarının verilməsi haqqında tam razılıq var”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevdə “CEO Club”da çıxış zamanı bildirib.

“Amerikada sistemi elə qurulub ki, hakimiyyət həmişə cəmiyyətin əhvali-ruhiyyəsini nəzərə alır. Mən doqquz gün Nümayəndələr Palatası və Senatın komitələrində oldum. Gördüm ki, orada bu məsələ ilə bağlı ortaq fikir mövcuddur. Ona görə də prezident Barak Obama bu rəylərə məhəl qoymaya bilməz. Əminəm ki, Obama bunu nəzərə alacaq və Ukraynaya Amerika silahı çatdırılacaq”, - Saakaşvili deyib.

Onun sözlərinə görə, ABŞ-da son bir neçə ay ərzində Ukraynaya silah verilməsi barədə yanaşmalar əhəmiyyətli dərəcədə Kiyevin lehinə dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm