İŞİD hədəflərini açıqladı: Məkkə, Mədinə, İran... Paris, Roma
Bizi izləyin

Dünya

İŞİD hədəflərini açıqladı: Məkkə, Mədinə, İran... Paris, Roma

“İslam dövləti” (İŞİD) terror təşkilatı Paris və Romanı yeni hücumlarla hədələyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İŞİD-in monitorinqi ilə məşğul olan “SITE Intelligence Group” təşkilatı “Tvitter”də bildirib.

“Biz Parisi və Romanı istəyirik” təşkilat İŞİD-in mətbuat katibi Əbu Məhəmməd əl-Adnanidən sitat gətirir.

Terror təşkilatının nümayəndəsi həmçinin söz verib ki, İŞİD-in döyüşçüləri tezliklə Səudiyyə Ərəbistanında Məkkə və Mədinəni qaytarmağa çalışacaq, daha sonra İrana hücum edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm