Dünya
Separatçılar Kiyevə 24 saat vaxt verdi
“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun döyüşçüləri Kiyevə ultimatum veriblər.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, “DXR”in “Xalq Şurası”nın “vitse-spikeri” Denis Puşilin Minsk razılaşmasının təhlükə altında olduğunu bildirib.
“Minsk prosesi və fevralın 12-də imzalanmış Minsk razılaşmasının icrasından imtina edə bilərik. Məsələ ondadır ki, münaqişənin siyasi tənzimlənməsi tədbirlər kompleksinin ayrılmaz hissəsidir. Ukrayna Ali Radası 14 mart tarixinə qədər Donetsk və Luqansk vilayətlərinin ayrı rayonlarına xüsusi statusun verilməsi haqqında qərarı qəbul etməyə məcburdur. Öhdəliklərin yerinə yetirilməsi üçün Kiyevin 24 saat vaxtı qalıb. Əgər göstərilən qərar Ali Rada tərəfindən qəbul edilməsə, bütün dünya Kiyevin Minskdə imzalanmış “yol xəritəsi”nə tərəfdar olmadığını görəcək”, - Puşilin deyib.
Ukrayna mediasının yazdığına görə, Ali Rada Donbas hövzəsində yerli muxtariyyətin təşkili haqqında qətnaməyə gələn həftə baxa bilər.
Ömər Dağlı
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI