Tehrandan şok təklif: “Bərzanidən xilas olmaq lazımdır”
Bizi izləyin

Dünya

Tehrandan şok təklif: “Bərzanidən xilas olmaq lazımdır”

İordaniyanın keçmiş informasiya naziri Saleh Kallab İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzaninin İranın hədəfində olduğunu iddia edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş nazir bu iddia ilə “Şark el Ewsed” qəzetində dərc etdirdiyi məqaləsində çıxış edib.

Onun sözlərinə görə, Bərzani İranın bölgə ilə bağlı strategiyasının bir parçası olmağı qəbul etməyib: “Bərzani Kürdüstan bölgəsinin Tehran və Dəməşq arasında dəhliz olmasına icazə verməyib. Məsud Bərzani Bəşər Əsədin nümayəndələri ilə də görüşməkdən imtina edib. O, beləliklə İranın hədəfinə çevrildi”, - iordaniyalı keçmiş nazir yazıb.

Saleh Kallabın sözlərinə görə, İranın İslam İnqilabı Keşikçilər Korpusuna bağlı olan “Qüds Gücü”nün komandiri general Kasım Süleymani Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) yüksək rütbəli səlahiyyətliləri ilə toplantı keçirib. Sabiq nazir iddia edir ki, toplantıya İraqın keçmiş prezidenti Cəlal Təlabaninin həyat yoldaşı Hero Təlabani də qatılıb.

Kallabı qeyd edir ki, Kasım Süleymani “Tezliklə Məsud Bərzanidən xilas olmaq lazımdır” şəklində təkliflə çıxış edib. Ancaq toplantıda iştirak edənlərin bu təklifə qarşı çıxdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm