Ukrayna 11 Avropa ölkəsindən silah alır
Bizi izləyin

Dünya

Ukrayna 11 Avropa ölkəsindən silah alır

Ukrayna 11 Avropa Birliyi ölkəsi ilə silah tədarükünə dair müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “1+1” telekanalında müsahibəsində deyib.

Bir müddət əvvəl dövlət başçısı demişdi ki, rəsmi Kiyev bir sıra Avropa Birliyi ölkəsi ilə silahların çatdırılmasına dair müqavilələr mövcuddur.

Bu silahların arasında həmçinin ölümcül silahlar da yer alır. Tanınmamış Donetsk Xalq Respublikasının rəsmiləri isə Poroşenkonun bu açıqlamasını yalandan ibarət olduğunu bildirmişdi.

Birləşmiş Ştatlar da Ukrayna lazzım gələrsə hərbi dəstək verəcəyini bəyan edib.

P.Poroşenko qeyd edib ki, ATƏT Donbasda tam şəkildə öz missiyasını yerinə yetirə bilmir. “Buna baxmayaraq, biz münaqişə zonasına sülhməramlı qüvvələrin yeridilməsini Minsk prosesinə alternativ kimi qiymətləndirmirik”, deyə P.Poroşenko bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm