Ticarət mərkəzində baş vermiş faciə ilə bağlı matəm elan olundu
Bizi izləyin

Dünya

Ticarət mərkəzində baş vermiş faciə ilə bağlı matəm elan olundu

Kazan şəhərindəki “Admiral” ticarət mərkəzində baş vermiş faciə ilə bağlı martın 14-də Tatarıstanda matəm elan olunub

Publika.az xəbər verir ki, bu barədə Tatarıstan prezidenti Rüstəm Minnixanov müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən sabah region ərazisində dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər ləğv olunacaq, respublika televiziyalarının proqramlarında dəyişiklik ediləcək.

Martın 11-də baş vermiş güclü yanğın nəticəsində ticarət mərkəzinin bir hissəsi dağılıb. Dağıntılar altından indiyədək 15 nəfərin cəsədi çıxarılıb, 10 nəfərdən çox insan itkin düşmüş sayılır.

Faktla bağlı cinayət işi açılıb, mərkəzin icarədarı iki ay müddətinə həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm