Con Kerri Ərəb ölkələrinin liderləri ilə görüşüb
Bizi izləyin

Dünya

Con Kerri Ərəb ölkələrinin liderləri ilə görüşüb

ABŞ Dövlət katibi John Kerry Misir,İordaniya və Fələstin liderləri ilə görüşüb.

Publika.az xəbər verir ki, görüş Misirin Şarm əl Şeyx şəhərində keçirilən investisiya konfransı çərçivəsində baş tutub. Misir prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Yaxın Şərq sülh prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Həmçinin Kerrynin konfrans çərçivəsində keçirəcəyi görüşlərdə İranın nüvə proqramı ilə bağlı Tehranla 6 qərb ölkəsi arasındakı razılaşma, İslam Dövləti yaraqlıları ilə mübarizə və Suriya münaqişəsinin müzakirəsi gözlənilir.

Bundan sonra Kerry martın 15-də Çenevrdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Söhbət İranın nüvə proqramından imtina eləməsi və əvəzində ona qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsindən gedir.

Tərəflər iyunun sonunadək yekun razılıq əldə etmək qərarına gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm