Ukraynada vəziyyət yenidən gərginləşir
Bizi izləyin

Dünya

Ukraynada vəziyyət yenidən gərginləşir

Ukraynanın Donetsk şəhərində terrorçular münaqişə bölgəsi boyunca hərbi texnikaları yerləşdirirlər.

Axar.az Obozrevatel.com saytına istinadən xəbər verir ki, bu barədə Anti-terror İdarə Mərkəzinin spikeri Andrey Lisenko məlumat verib. Lisenkonun sözlərinə görə, Rusiya terrorçuları şəxsi heyətin döyüş hazırlığını davam etdirir.

Ötən gün ərzində terrorçuların 58 dəfə atəşkəsi pozduğu qeyd edilib: "Ən qızğın döyüşlər Mariupolun cənubunda və Donetskin bəzi vilayətlərində aparılır. Döyüşçülərin ağır silahlarla təchuz edilməsi əyani xarakter daşıyır".

Bu arada Ukrayna Baş Qərargahının sabiq rəis müavini İbor Kabanenko bölgədə aktivliyin müşahidə olunduğunu bildirib.

"Düşünmürəm ki, bu hərbi hazırlıq bizdə qorxu yaratmaq üçün aparılır. Hücumun nə vaxt başlayacağını demək çətindir. Qruplaşmalar yaradılandan sonra müharibə başlayacaq, ancaq bu prosesin nə zaman bitəcəyini dəqiq deyə bilmərəm", - Kabanenko vurğulayıb.

Qeyd edək ki, ötən gün Anti-terror İdarə Mərkəzinin spikeri Andrey Lisenko da Donetsk və Mariupolda hərbi əməliyyatların aparıldığını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm