30-dan çox dövlət başçısı Türkiyəyə gələcək
Bizi izləyin

Dünya

30-dan çox dövlət başçısı Türkiyəyə gələcək

Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə 30-dan çox dövlət başçısı iştirak edəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hökümət başçılarının iştirakı ilə bu rəqəm daha yüksək olacaq.

Qeyd edək ki, Türkiyə dövləti bu il aprelin 23-24-də Birinci Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşının 100 illiyi ilə bağlı böyük tədbir planlaşdırıb. Osmanlı ordusu ilə Antanta qüvvələri arasında Çanaqqala boğazında baş verən bu savaş Türkiyə hərb tarixinin ən şərəfli səhifələrindən biridir.

Türkiyədə keçiriləcək tədbirlər qondarma “erməni soyqırımının” 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərlə üst-üstə düşür. Hətta ötən il Ermənistan prezidenti Serj Sərkisyan İrəvanda aprelin 24-də keçirilən tədbirə Türkiyə prezidentini dəvət edib. Türkiyə prezidenti isə öz növbəsində Ermənistan prezidentinə dəvət göndərib.

Qeyd edək ki, Türkiyə 102 ölkənin dövlət başçısına, o cümlədən ABŞ prezidenti Barak Obamanı rəsmən tədbirə dəvət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm