Evində qaldığı ailənin beş üzvünü güllələdi
Bizi izləyin

Dünya

Evində qaldığı ailənin beş üzvünü güllələdi

Dünən axşam saatlarında ABŞ-da dəhşətli bir cinayət hadisəsi baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika sakini yaşadığın evin sahibini və onun 9 yaşlı qızını qətlə yetirib. Evin sahibəsi və onların daha 2 uşağının vəziyyəti isə kafi olaraq qalır.

Qanlı qətliamdan sağ çıxan ana və iki uşağı sürünə-sürünə yolu keçib. Qonşular yuxudan ayılarkən qapının ağzında qan gölməçəsinə bulaşmış ananı və övladlarını görüblər.

Qonşu Donna Devis deyib: “Gördüklərim qorxulu film səhnəsini xatırladırdı. Hələ də balaca qızın simasını unuda bilmirəm”.

Verilən məlumata görə, ailə başçısı Cermen Sims və 9 yaşlı qızı ölüb. Onun 29 yaşlı arvadı Viktoriya, 6 yaşlı oğlu və 14 yaşlı qızı sağ qalsa da, onların vəziyyəti ağırdır.

Ehtimallara görə, ailəyə qarşı sui-qəsd təşkil edən şəxs Cimmi Lyonsdur. Cimmi ailə ilə birlikdə evdə yaşayıb. Lakin aralarında mübahisə düşüb. Mübahisənin nə üstündə düşməsi məlum deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm