Məşhur cütlük övladlığa uşaq götürür – NÖVBƏTİ DƏFƏ
Bizi izləyin

Dünya

Məşhur cütlük övladlığa uşaq götürür – NÖVBƏTİ DƏFƏ

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt övladlığa daha bir uşaq götürür.

Publika.az-ın məlumatına görə, bu barədə “OK!” jurnalı məlumat yayıb.

Cütlüyün övladlığa götürəcəyi bu uşağın Keniyadan olduğu bildirilir. Bütün detallar Coli və Pittin arxeoloq Riçard Liki haqqında bioqrafik filmin çəkilişlərində iştirak üçün gedəcəkləri Afrika səfərində müzakirə olunacaq.

Mənbənin məlumatına görə, Pitt və Coli son vaxtlar evliliklərində çətinliklər yaşayırlar və onların ayrılacağı ilə bağlı iddialar səslənir. Onlar ailəni saxlamaq üçün yeganə çıxış yolunu daha bir uşağı övladlığa götürməkdə görürlər. Məlumatda bildirilir ki, ailənin ən xoşbəxt anları uşaqlarıyla bağlıdır.

Qeyd edək ki, Coli və Pittin 3 bioloji uşağı var. Onlardan ikisi 6 yaşlı əkizlər, biri isə 8 yaşlı Şaylo Nuveldir. 9 yaşlı Zaxara, 11 yaşlı Paks və 13 yaşlı Meddoks isə övladlığa götürülüb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm