İŞİD qarət etdiyi antik əşyaları hərraca çıxarır - FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD qarət etdiyi antik əşyaları hərraca çıxarır - FOTOLAR

İŞİD (İraq Şam İslam Dövləti) Suriya və İraqda qarət etdiyi yaşı 2 mindən çox olan əşyaları “eBay” saytında satışa çıxarır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qrupunun üzvləri muzeylərdən oğurladıqları zinət əşyaları, keramik və mis sikkələri internetdə satır.

Qərbi Suriyada yerləşən qədim Apameya şəhərindən olan iki qəpik “eBay” onlayn satış saytında 85 və 132 dollara satışa buraxılıb. Antik əşyaların ticarəti terror qrupunun üzvləri üçün gəlirli sahədir. Belə ki, muzeylərdən qarət etdikləri antik əşyaların satışından terrorçular milyonlarla dollar qazana bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm