Səhrada yeni paytaxt tikilir - FOTO
Bizi izləyin

Dünya

Səhrada yeni paytaxt tikilir - FOTO

Misirdə yeni paytaxt şəhər salınacaq. Səhrada salınacaq paytaxtın layihəsi artıq ictimaiyyətə təqdim olunub.

Publika.az-ın məlumatına görə, yeni paytaxt Qahirədən şərqdə olacaq. İlkin olaraq 45 çilyard dollar dəyərində olan layihənin 7 il ərzində həyata keçirilməsi planlaşdırılır.

Mənzil tikintisi naziri Mustafa Madbulinin sözlərinə görə, Sinqapur böyüklüyündə olacaq yeni şəhərə bütün nazirliklər köçürüləcək, eləcə də müxtəlif ölkələrin diplomatik nümayəndəlikləri də burada yerləşəcək. Həmçinin yeni paytaxtda milyondan artıq yaşayış məskənləri inşa ediləcək.

Ölkənin baş şəhərinin yeni əraziyə köçürülməsi, hazırkı paytaxtın meqapolis halına gəlməsi ilə izah olunur. Belə ki, Qahirədə indi 20 milyon insan məskunlaşıb. 40 ildən sonra isə burada iki dəfə çox əhali yaşayacağı haqda proqnozlar verilib. Madbulinin sözlərinə görə, yeni paytaxt 5 milyon insanın yaşaması üçün nəzərdə tutulub. Artıq hərbiçilərin Qahirəni yeni paytaxtla birləşdirəcək yolun çəkilişinə başladığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm