Yaponiya sunamidən qorunmağın yolunu tapdı
Bizi izləyin

Dünya

Yaponiya sunamidən qorunmağın yolunu tapdı

Yaponiyada şimal sahillərini dağıdıcı sunamilərdən qorumaq üçün nəhəng beton divarlar hörülür.


380 kilometr uzunluğunda olacaq beton divar əsasən 2011-ci ildə baş vermiş sunamidən ən çox zərər çəkən ərazilərdən keçəcək. Bundan başqa, həmin ərazilərdə sahilin hündürlüyü də 9-11 metrə qədər qaldırılacaq.

Qeyd edək ki, 2011-ci il martın 11-də Yaponiyanın Senday şəhərindən 130 kilometr uzaqlıqda, Sakit Okeanda baş vermiş 9,1 bal gücündə zəlzələ nəticəsində yaranan nəhəng sunami ölkənin şimal-şərq sahillərində çoxsaylı insan tələfatına və böyük dağıntılara səbəb olmuşdu. Təbii fəlakətdən ən çox Miyagi, İvate və Fukusima prefekturaları zərər çəkmişdi. Eyni zamanda Fukusima prefekturasındakı "Fukusima-1" Atom Elektrik Stansiyası da xeyli dərəcədə zədələnmiş və ətraf mühitə radiasiya sızması qeydə alınmışdı.

Rəsmi məlumata əsasən, həmin zəlzələ və sunami nəticəsində Yaponiyada 16 minə yaxın insan həlak olmuş, 6143 nəfər yaralanmış, daha 2681 nəfər isə itkin düşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm