5-ci mərtəbədən yıxılan qızdan xəbər var
Bizi izləyin

Dünya

5-ci mərtəbədən yıxılan qızdan xəbər var

Fevralın 16-da Bakıda yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılan Lalə Bayramovadan xəbər var.

Axar.az-a Sabunçudakı 3 saylı xəstəxananın reanimasiya şöbəsindən bildirilib ki, L.Bayramova artıq evə buraxılıb. L.Bayramova onurğa sütunu və çoxsaylı sınıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sol bazu sümüyü, körpücük sümüyü, 11-ci döş fəqərəsi və 3-cü bel fəqərəsi sınmışdı.

Qeyd edək ki, bədbəxt hadisə Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada baş vermişdi. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib. Onun köməyinə əri gəlib. O bir müddət qadını saxlasa da, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm