İran yeni İŞİD yaratdı
Bizi izləyin

Dünya

İran yeni İŞİD yaratdı

Mosulun İŞİD terror təşkilatının əlinə keçdiyini görən Tehran “Şiə hilalı”nın pozulmaması üçün İŞİD-in bənzəri olan bir təşkilat qurub.

Publika.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, “El Xorasani briqadası” adlanan bu təşkilat ağır silah və hərbi təchizatla təmin olunub.

Qəzetin yazdığına görə, İŞİD-in Suriya və İraqda geniş əraziləri ələ keçirməsi İranın maraqlarını təhlükəyə altına alıb. Suriyadakı vətəndaş müharibəsi ilə təhlükəyə girən “Şiə hilali”nı yenidən gücləndirmək üçün hərəkətə keçən İran İraq və Suriyada onun maraqlarını müdafiə edən təşkilatlara dəstəyini artırıb. İran Mosulun İŞİD tərəfindən işğal olunmasından sonra “El Xorasani briqadası” adlı yeni bir təşkilat yaradıb.

Doqquz ay əvvəl qurulan təşkilatın bütün hərbi və siyasi təşkilatlanması 2 ay əvvəl başa çatdırılıb. Deyilənə görə, təşkilatın əsas vəzifəsi İraqın Nəcəf, Kərbəla və Bağdadı şəhərlərini qorumaq, İraqda İŞİD-in kökünü kəsməkdir. İraq ordusunun son Tikrit hücumlarında “El Xorasani briqadası”nın ön sıralarda olduğu bildirilir.

Məlumata görə, briqadanın istifadəsində “Mitsubishi” və “Hyundai” avtomobillərinin ən son modelləri, AK-74 S “Kalaşnikov” avtomat silahları, “Dragunov” snayperləri və digər ən müasir silahlar var. “Yeni Şafak”ın yazdığına görə, “El Xorasani briqadası” format olaraq İŞİD-in demək olar ki, tam eynisidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm