İŞİD Süleyman Şah türbəsinə gedən yolu partlatdı
Bizi izləyin

Dünya

İŞİD Süleyman Şah türbəsinə gedən yolu partlatdı

Kürd Özünümüdafiə Qüvvələri (YPG) və Azad Suriya Ordusu (ASO) Suriyada İŞİD terror təşkilatına növbəti zərbəni vurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həftələrlə davam edən qarşıdurmalardan sonra İŞİD Süleyman Şah türbəsinin əvvəlki yeri olan strateji Karakozak kəndindən çıxarılıb.

Terror qruplaşması kənddən geri çəkilərkən Karakozak körpüsünü partladıb. Məlumata görə, İŞİD 4 gün bundan əvvəldən başlayaraq, körpü ətrafına partlayıcılar yerləşdirib. Karakozak körpüsünün havaya uçurulması ilə Süleyman Şah türbəsinin yerləşdiyi əvvəlki ərazi ilə quru arasında əlaqə kəsilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm