Həkimlər ukraynalı pilota baş çəkdi
Bizi izləyin

Dünya

Həkimlər ukraynalı pilota baş çəkdi

Ukraynalı həkimlər Rusiyada həbsdə saxlanılan ukraynalı pilot Nadejda Savçenkoya baş çəkiblər.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Mark Feyqin Tvitter səhifəsində yazıb. Həkimlərin Savçenkonun yanına buraxılmasını Ukrayna XİN rəhbəri Pavel Klimkin də təsdiqləyib.

Qeyd edək ki, Nadejda Savçenko ukraynalı həkimlərin onun yanına buraxılmayacağı təqdirdə bazar ertəsindən başlayaraq aclıq aksiyasını bərpa edəcəyini bəyan etmişdi.

Ukrayna hərbi hava qoüvvələrinin pilotu və Ali Radanın deputatı Nadejda Savçenko Moskva müstəntiqləri tərəfindən Donbasda iki Rusiya jurnalistinin qətlə yetirilməsində iştirakda ittiham olunur. Savçenko ittihamları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm