Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa Şurası Ukraynanın şərqindəki böhrana görə Rusiyanın 150 fiziki və 37 hüquqi şəxsinə qarşı sanksiyaların müddətini daha yarım il uzadıb.

Publika.az xəbər verir ki, Brüsselə görə adları qara siyahıya salınanlar Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, ötən il qüvvəyə minmiş sanksiyaların müddəti bu gün bitməli idi. Lakin bu ilin yanvarında Ukraynada vəziyyət kəskinləşdiyinə görə Brüssel sanksiyaları uzatmaq qərarına gəlib.

Avropa İttifaqının (Aİ) sanksiya siyahısına Rusiyanın bir neçə iş adamı, Dövlət Dumasının bəzi deputatları və Federasiya Şurası üzvlərinin adı salınıb. Fərdi sanksiyalar həmin şəxslərin Aİ ölkələrinə girişinə qadağa qoyulmasını və onların aktivlərinin dondurulmasını nəzərdə tutur.

Bundan əvvəl ABŞ Ukraynada vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyaların daha 1 il müddətinə uzadılması qərarını qəbul etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm