İraq Ordusu əlavə qüvvə gözləyir
Bizi izləyin

Dünya

İraq Ordusu əlavə qüvvə gözləyir

İraq ordusu və əsasən də İranın maliyyələşdirdiyi şiə döyüşçülərdən ibarəd qüvvələr Tikritin nəzarətini tam ələ almaq üçün əlavə dəstəyə ehtiyac duyduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, bu barədə Tikritdən telefon vasitəsilə İraq Ordusuna verilən məlumatda bildirlilib. Məlumatda küçə döyüşləri üçün yaxşı təlim keçmiş hərbçilərə ehtiyac olduğu qeyd edilib.

İraq ordusunun 20 mindən çox əsgəri və İranın dəstəklədiyi şiə yaraqlılar Tikritə çərşənbə günü girərək, şəhərin bəzi hissələrinin nəzarətini ələ alıb.

Yerli hərbi hissədən Reuters agentliyinə verilən xəbərə görə, şəhərin yarısı hələ də İslam Dövləti döyüşçülərinin əlindədir və onlar həmin ərazilərə minalar və partlayıcı qurğular yerləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm