Fəlakət riskinin azaldılması üzrə III dünya konfransı keçirilir
Bizi izləyin

Dünya

Fəlakət riskinin azaldılması üzrə III dünya konfransı keçirilir

Martın 14-də Yaponiyanın Senday şəhərində işə başlamış BMT-nin fəlakət riskinin azaldılması üzrə III dünya konfransında nümayəndələr bu faciələrin yaratdığı təhlükələrin qarşısının alınması yollarını müzakirə edirlər.

Konfransın açılış mərasimində dünyanın müxtəlif ölkələrindən gəlmiş mindən çox nümayəndə iştirak edib.

BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, konfrans iştirakçıları dünyanın bütün xalqlarının qarşılaşdığı məsələlərin müzakirəsi ilə məşğuldurlar. Baş katib onları insanların tələbatlarına cavab verə biləcək tədbirlərin işlənib hazırlanmasına çağırıb.

Konfransda çıxış edən Yaponiyanın Baş naziri Şinzo Abe 2011-ci ilin martında baş vermiş təbii fəlakət zamanı göstərilən yardımına görə digər ölkələrə minnətdarlığını bildirib.

Ş.Abe əmin olduğunu bildirib ki, konfransda iştirak edən müxtəlif ölkələrin təmsilçiləri təbii fəlakətlər zamanı əldə olunmuş müsbət təcrübəni bölüşəcək və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm