Yanukoviçlə görüşü yarımçıq qalıb - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Yanukoviçlə görüşü yarımçıq qalıb - YENİLƏNDİ

Ukraynanın müxalifət liderləri prezident Viktor Yanukoviçlə razılığa gələ bilməyiblər. Musavat.com-un məlumatına görə, bunu Vitali Kliçko televiziyalardan birinin canlı yayımında telefonla bildirib

Yanukoviç və müxalifət nümayəndələri razılığa gələ bilmədilər

Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyət üzrə qarşılıqlı anlaşma əldə edə bilməyiblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu müxalif "Udar" partiyasının lideri Vitali Kliçko deyib.

V.Kliçkonun fikrincə, ölkə Prezidenti vəziyyətə adekvat reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır, çünki insanlar həlak olurlar. Mən bunu Yanukoviçə də dedim. Nə qədər ki qan axır, hansı danışıqlardan söhbət gedə bilər?"

Qeyd edək ki, kiyevdə ötən gün vəziyyət daha da gərginləşib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

05.26

Ukraynanın müxalifət liderləri prezident Viktor Yanukoviçlə razılığa gələ bilməyiblər. Musavat.com-un məlumatına görə, bunu Vitali Kliçko televiziyalardan birinin canlı yayımında telefonla bildirib.

"Təəssüf ki, mən danışıqlardan yaxşı heç nə gətirməmişəm. Görüşü tərk etdim. Çünki, mən qarşıdurmanın danışıqlar başa çatanadək dayandırılmasını təklif etdim. Prezident isə bildirdi ki, yalnız bir çıxış yolu var - Maydanı tərk etməliyik və hamı evə getməlidir", - Vitali Kliçko deyib.

Vitali Kliçkonun sözlərinə görə, Yanukoviç insanların ölümünə görə məsuliyyəti müxalifətin daşıdığını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm