Roma Papası istefa verəcək
Bizi izləyin

Dünya

Roma Papası istefa verəcək

Roma Papası Fransisk Meksika televiziyasına müsahibəsində pontifik vəzifəsində maksimum 4-5 il qala biləcəyini deyib.

Roma Papası vəzifədən gedəcəyini desə də, bunun səbəblərini açıqlamayıb.

“Pontifiklik müddətimin qısa olacağı ilə bağlı daxilimdə bir hiss var. Bu müddət 2-3 il də ola bilər. Hiss edirəm ki, Tanrı məni bura qısa müddətə gətirib” - deyə Papa müsahibəsində bildirib.

Roma Papasının bunun səbəblərini açıqlamaması isə ona qarşı təzyiqlər edildiyi söz-söhbətini yaradıb.

Qeyd edək ki, Fransiskin Roma Papası seçilməsindən artıq 2 il ötür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm