Ukrayna prezidenti Rusiyaya qarşı yeni sanksiyalar tələb edir
Bizi izləyin

Dünya

Ukrayna prezidenti Rusiyaya qarşı yeni sanksiyalar tələb edir

Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqindəki separatçıları atəşkəsi pozmaqda ittiham edib və Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb.

Publika.az-ın məlumatına görə, Poroshenko Almaniyada çıxan “Bild” qəzetinə deyib ki, Ukrayna tərəfi Minsk razılaşmasının bütün maddələrini yerinə yetirib, lakin rusiyayönlü separatçılar bunun tam əksini etməklə məşğuldurlar. Onun sözlərinə görə, separatçılar tərəfindən atəşkəs gündə 60 dəfə pozulur.

Ukrayna prezidenti gələn həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitini Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb. Avropa liderləri bu sammitdə Rusiyanın enerji, müdafiə və maliyyəsektorları üzərinə ötən iyulda qoyulmuş sanksiyaları nəzərdən keçirəcəklər.

Almaniya və başqa Aİ üzvləri, Moskva Minsk razılaşmasının maddələrinə əməl etməzsə, sanksiyaların saxlanacağı barədə bəyannamə hazırlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm