ABŞ Əsəd qarşısında geri çəkilir
Bizi izləyin

Dünya

ABŞ Əsəd qarşısında geri çəkilir

Amerika Birləşmiş Ştatları Suriyada siyasi keçid məsələlərini həll etmək məqsədilə prezident Bəşər Əsədi danışıqlara məcbur etməli olacaq.

Publika.az xəbər veir ki, bu barədə CBS News kanalına verdiyi müsahibədə dövlət katibi Con Kerri deyib.

Əvvəllər Vaşinqton prezident Əsədin hakimiyyətdən getməsində israr etdiyi halda indi ümumi düşmən olan islamçı ekstremistlərin hücumları Qərbin Suriya liderinə münasibətini xeyli yumşaldıb. Bazar günü verdiyi müsahibədə Kerri Əsədin legitimliyini itirməsi barədə standart deyimlərdən qaçıb. Dövlət katibi deyib ki, Vaşinqton Suriyada hakimiyyət məsələsinin danışıqlar vasitəsilə həllində həmişə israr edib və Cenevrə prosesi də məhz bunu tələb edir.

Con Kerri bildirib ki, ABŞ və adını çəkmədiyi bir neçə başqa ölkə Əsədlə danışqlara başlamaq üçün diplomatik kanalları öyrənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm