Dünya
Steve Jobsun sirri açıldı
Dörd il əvvəl xərçəng xəstəliyinə yenilən “Apple”in
qurucusu Steve Jobsun həyatı yenidən müzakirə mövzusuna
çevrilib.
“Apple”in qurucusunun həyatının dönüş nöqtələrini işıqlandıran
“Becoming Steve Jobs” adlı kitab hələ satışa verilməsə də, Steve
Jobs və korporasiyanın idarə heyətinin üzvü Tim Cook haqqında bu
günədək bilinməyən bir hekayə də gün üzünə çıxıb.
Kitabda qeyd olunur ki, 2009-cu ildə təcili olaraq qaraciyər
nəqlinə ehtiyac duyan Steve Jobsa ilk yardım təklifi Tim Cooktan
gəlibmiş. Belə ki, xəstə həmkarı ilə eyni qan qrupuna sahib
olduğunu öyrənən Tim Cook qara ciyərindən bir parça vermək istəsə
də, bu təklif Jobs tərəfindən qəbul olunmayıb.
“Steve Jobsa qara ciyərimi verdikdən sonra sağlığımla əlaqədar
bir problem yaşamayacağımı söyləsəm də, onu razı sala bilmədim”, -
deyən Tim Cook, 13 il birlikdə işlədiyi Jobs ilə yalnız 4 dəfə
mübahisə etdiklərini və bunun da o anlardan biri olduğunu
söyləyib.
Qeyd edək ki, Steve Jobs 2011-ci ilin oktyabrında 56 yaşında
xərçəng xəstəliyindən vəfat edib.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR