• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident jurnalistlərlə zarafatlaşdı

  • Dünya
  • 16 Mart 2015 08:52
  • 577 Baxış
Prezident jurnalistlərlə zarafatlaşdı

ABŞ prezidenti Barak Obama Amerika jurnalistlərini və siyasi elitanı bir araya gətirən Vaşinqtonun prestijli Gridiron Klubunda ziyafətdə jurnalistlər və siyasətçilər qarşısında özü haqda zarafatlar edib.

“2008-ci ildən bəri dəyişikliklər haqda fikirləşsəniz, mən o zaman gənc, texniki baxımdan yaxşı hazırlıqlı gələcəyin namizədi iim. İndi mən artıq köhnəlmiş xəbərəm, Hillarinin də evində artıq server var” - deyən prezident Obama Dövlət katibi olduğu zaman şəxsi e-mail ünvanından istifadə etdiyinə görə tənqidlərlə qarşılaşmış Hillari Klintonu da zarafatlarının hədəfi edib.

Prezident Obama Nyu-York şəhərinin keçmiş meri Rudi Culianinin onun Amerikanı sevmədiyi haqda iddiaları ilə bağlı da zarafat edərək deyib:“Amerikanı sevməsəydim, Keniyadan buraya gəlməzdim”.

1885-ci ildə yaradılmış Gridiron Klubu Vaşinqtonun ən prestijli jurnalist təşkilatlarından biridir. Prezident Qlover Klivlenddən başqa ABŞ-ın bütün prezidentləri Gridiron Klubunun ənənəvi ziyafətində çıxış edib.

Prezident Obama bu həftə ikinci dəfədir özü haqda ictimaiyyət qarşısında zarafatlar edir. O, ABC şirkətinin gecə şousunun aparıcısı Cimmi Kimmelin proqramına qatılaraq, özü haqda Tvitterdə yazılmış mənfi şərhləri ucadan oxuyub. Cənab Obama Cimmi Kimmelin onun Ağ Evdə yaşayışı ilə bağlı suallarına da cavab verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR