Səudiyyə şahzadəsi: “Nüvə silahı barədə düşünə bilərik” – ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

Səudiyyə şahzadəsi: “Nüvə silahı barədə düşünə bilərik” – ŞOK AÇIQLAMA

İran nüvə proqramını davam etdirərsə, Səudiyyə Ərəbistanı qeyri-nüvə dövləti statusundan imtina edə bilər.

Publika.az xəbər verir ki, bu barədə BBC News-a müsahibəsində Səudiyyə Krallığının şahzadəsi Səud-Əl-Feysal bildirib.

Şahzadənin sözlərinə görə, İranla nüvə danışıqları aparan “altılıq” Tehranı uranın zənginləşdirilməsindən tamamilə imtina etməyə inandıra bilməsə, sonradan bütün Yaxın Şərq nüvə silahlanmasına başlayacaq.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanı Cənubi Koreya ilə nüvə əməkdaşlığı haqqında razılaşma imzalayıb. Sənədə əsasən, Seul Səudiyyə Ərəbistanında iki nüvə reaktoru tikəcək. Bundan başqa, Ər-Riyad Çin, Fransa və Argentina ilə analoji razılaşmalar imzalayıb. Səudiyyə hakimiyyəti yaxın 20 il ərzində 16 atom reaktoru tikmək niyyətində olduğunu elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm