Donetskdə separatçılar arasında müharibə başladı
Bizi izləyin

Dünya

Donetskdə separatçılar arasında müharibə başladı

Ukraynanın Donetsk vilayətində döyüş başlanıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Dnepr-1” batalyonunun komandiri, xalq deputatı Yuri Bereza “Facebook” səhifəsində yazıb.

“Donetsk şəhərinin Kalinin rayonundan qırx dəqiqə məsafədə olan Donetsk aeroportunda artilleriya atəşi açılıb. Həmçinin Donetskin özündə döyüş gedir”, - Bereza qeyd edib.

O həmçinin qeyd edib ki, nə aeroport, nə də Donetskin özündə Ukrayna hərbçisi var. Donetsk sakinləri sosial şəbəkələrdə şəhərin müxtəlif rayonlarında atəş səslərini eşitdiklərini bildiriblər. Sosial şəbəkə istifadəçiləri həmçinin aeroport istiqamətindən tankların atəş açdığını yazıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm