İvanişvilidən şok xəbərdarlıq: “Yeni bədbəxtliklərlə üzləşə bilərik”
Bizi izləyin

Dünya

İvanişvilidən şok xəbərdarlıq: “Yeni bədbəxtliklərlə üzləşə bilərik”

“Əgər əhali bizim real imkanlarımızı yanlış qiymətləndirsə və hökumətdən daha çoxunu tələb edərsə, o halda biz yeni bədbəxtliklərlə üzləşə bilərik”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu sözləri ölkənin keçmiş baş naziri Bidzina İvanişvili “GDS” telekanalının birbaşa yayımda deyib.

Sabiq baş nazir qeyd edib ki, müstəqillik qazandığı 22 il ərzində Gürcüstanda bütün bədbəxtliklər sınaqdan keçirilib: “Ölkəni dağıdan vətəndaş müharibəsi, kütləvi korrupsiya və digər bədbəxtliklər Gürcüstan üzərində sınandı. Ölkə üçün ən böyük bədbəxtliyi 9 il hakimiyyətdə olan Vahid Milli Hərəkat Partiyası gətirdi”.

Qeyd edək ki, seçicilərə böyük vədlər verərək hakimiyyətə gələn “Gürcü arzusu” hökumətinə qarşı son vaxtlar ölkədə narazılıq güclənib. Yaranmış vəziyyətdən isə sabiq prezident, Vahid Milli Hərəkat Partiyasının lideri Mixail Saakaşvili istifadə etmək niyyətindədir. O, ötən ilin sonunda bəyan edib ki, 2015-ci ildə Gürcüstana qayıtmaq və hakimiyyət uğrunda mübarizəyə qoşulmaq niyyətindədir. Saakaşvilinin proqnozlarına görə, “Gürcü arzusu” növbəti parlament seçkilərinin keçiriləcəyi 2016-cı ilə qədər hakimiyyətdə qala bilməyəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm