Yanukoviç həqiqəti dedi: “Məni güc tətbiqinə istiqamətləndirməyə çalışırlar”
Bizi izləyin

Dünya

Yanukoviç həqiqəti dedi: “Məni güc tətbiqinə istiqamətləndirməyə çalışırlar”

Ukrayna prezidenti Viktor Yanukoviç insan itkisi ilə nəticələnən dünənki qarşıdurmalarla bağlı xalqa müraciət edib.Publika.Az –ın “unian.net” saytına istinadən xəbər verir ki, dövlət başçısı son hadisələrə görə, bütün məsuliyyəti müxalifətin üzərinə qoyub.

V.Yanukoviç lap əvvəldən güc variantının əleyhinə olduğunu bildirib: “Mən siyasi böhranın həlli üçün dialoq yolunu dəstəkləyirdim. İnsanların həlak olması bizim hər birimiz üçün böyük ağrı və faciədir. Mən lap əvvəldən qarşı tərəfi dialoqa çağırdım, güc variantının, xüsusən qan tökmənin qəti şəkildə əleyhinə oldum. Bu mənim həyat prinsipimdir, uğrunda qan tökülən heç bir hakimiyyət mənə lazım deyil. Məhz bu prinsipi 2004-cü ildə də rəhbər tutmuşam. Həmin vaxt da tərəfdarlarımı opponentimin tərəfdarları ilə toqquşmalardan saxladım. Mən indi də dialoqa üstünlük verdim. Çünki, Tanrı insana dili ona görə verib ki, o, başqa insanlarla ümumi dil tapa bilsin”.

Müxalifət liderlərinin 18 Fevral tarixində Meydana silahlı radikal qrupları çağırdığını deyən Ukrayna prezidenti qarşı tərəfin parlament iclasının açılışını gözləmədiyini söyləyib: “Bu iclasda Ukraynanı dəyişdirə biləcək qanunların səsverməsi keçirilməli idi. Onlar isə əksinə, parlamentə bu dəyişiklikləri qəbul etməyə imkanı vermədilər. Müxalifət hakimiyyətin dərhal verilməsi tələbini irəli sürdülər. Bunlar xalqın mandatına sahib olmadan, Ukrayna Konstitusiyasını pozaraq, talanlara, yanğınlara və qətllərə yol verərək hakimiyyəti tutmağa çalışırdılar. Müxalifət liderləri demokratiyanın əsas prinsiplərinə etinasız yanaşdılar. Onlar sərhədi keçərək Meydana silahlı insanları çağırırdılar. Qanunu pozanlar məhkəmə qarşısında durmalıdır. Həqiqəti deyəcəyəm, bəzi məsləhətçilərim ki, məni güc tətbiqinə istiqamətləndirməyə çalışırlar. Amma mən güc təbiqini həmişə səhv yanaşma hesab etmişəm. Mən qarşı tərəfi israrla radikal hərəkətlərdən çəkinməyə çağırdım. Amma məni eşitmədilər. Yenidən təkrarlayıram və müraciət edirəm. Qulaq asmaq, münaqişəni dayandırmaq hələ gec deyil”.

“Bəli, biz artıq həlak olanları qaytara bilməyəcəyik. Amma müxalifətə üzümü tuturam, özünüzə gəlin! Danışıqlar masasına oturmaq və Ukraynanı xilas etmək lazımdır. Çünki dövlət dağılacağı halda gələcək nəsillər bizi bağışlamayacaq”, - V.Yanukoviç müxalifəti bir daha danışıqlara çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm