Ukrayna Putinə dərhal cavab verdi – ƏMR
Bizi izləyin

Dünya

Ukrayna Putinə dərhal cavab verdi – ƏMR

Rusiya prezidenti Vladimir Putinin Qərb Hərbi Dairəsi və əlahiddə Hava Desant Qoşunlarına tam döyüş hazırlığı əmri verməsindən sonra Ukrayna da hərəkətə keçdi.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, baş nazir Arseniy Yasenyuk regionların rəhbərləri ilə keçirilən müşavirədə Ukrayna Müdafiə Nazirliyindən silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsini tələb edib.

“Münaqişə zonasındakı vəziyyət nəzərə alaraq Müdafiə Nazirliyi və Baş Qərargahdan silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsini tələb edirik”, - Ukraynanın baş naziri söyləyib.

Yasenyuk həmçinin Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətindən əhalinin müdafiəsi üçün lazımi addımları atmağı, həmçinin aviasiya hücumlarından müdafiə olunmaq üçün sığınacaqların hazırlanmasını tələb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm