Krım tamamilə Rusiyanın tərkibinə keçdi – RƏSMİ
Bizi izləyin

Dünya

Krım tamamilə Rusiyanın tərkibinə keçdi – RƏSMİ

Krımda yaşayan əhalinin 98 faizi Rusiya Federasiyasının pasportu ilə təmin olunub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Rossiya 1” televiziyasına Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri Sergey Aksyonov deyib. Onun sözlərinə görə, Rusiya pasportu almaq istəməyənlər də olub: “Təxminən 3 min nəfər Rusiya pasportu almaq istəmədi. Bunların böyük əksəriyyəti ukraynalıdır. Çox az bir qisimi də Krım tatarlarından ibarətdir. Bunların ümumi sayı heç 500 nəfər deyil”.

Krım tatarlarının 97-98 faizinin Rusiya vətəndaşı olmağı qəbul etdiyini deyən Aksyonov tatarlarla bağlı yarımadada heç bir problem olmadığını vurğulayıb. Xatırladaq ki, Kiyevdə reallaşan inqilabın ardından 18 mart 2014-cü ildə tarixində Krım rəsmən Rusiya torpaqlarına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm