“Yanlış sərnişin” təyyarəni geri döndərdi
Bizi izləyin

Dünya

“Yanlış sərnişin” təyyarəni geri döndərdi

“Asiana” hava yollarına aid sərnişin təyyarəsi uçuşa başladığından bir müddət sonra havaya qaldığı Honk-Konq hava limanına geri dönməyə məcbur olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb təyyarədə sərnişinlərin siyahısında olmayan bir nəfərin aşkarlanması olub.

Təyyarədə 259 sərnişin olub. Cənubi Koreyanın İnçeon şəhərinə uçan təyyarə Tayvan üzərində ikən geri dönüb. Adı sərnişinlər siyahısında olmayan şəxsin Honk-Konq hava limanında polis tərəfindən sorğulanacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm