Dünya
Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunacaq
Sabah Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd
olunacaq.
Birinci dünya müharibəsi əsnasında Türkiyənin Gelibolu
yarımadasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə
Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olmuşdu.
İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq
boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və
hərbi ticarət yolu açmaq, bununla Almanya ilə müttəfiq ölkələrdən
birini zəiflətmək istəyirdilər.
Düşmən qüvvələri ilk hədəf olaraq Çanaqqala boğazına
girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki
tərəfin də çox ağır itkilər verməsiylə İttifaq Dövlətləri geri
çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin
möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın
xatirəsində qalmışdır.
Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız
donanmalarının geri çəkildiyi gün, 18 mart hər il Çanaqqala
Şəhidlərinin Anın günü olaraq qeyd olunur.
Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət
simvolu olaraq yadda qalıb.
Zəfər günü ilə əlaqədar keçiriləcək tədbirlərə hazırıqlıq işləri
atıq tamamlanıb. İstanbul şəhərində aktyorlar açıq səhnədə
Çanaqqala döyüşlərini canlandıracaqlar.
Mərsin vilayətində Çanaqqala dəniz döyüşləri zamanı qələbədə böyük payı olan Nüsrət Mayın gəmisi sahilə yan alıb. Bir qrup fəal gəmini qarşılamaq üçün limanda bir araya gəlib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!