Kiyevdə ölənlərin sayı 25-ə çatdı, ölənlər arasında jurnalist də var - YENİLƏNDİ - VİDEO
Bizi izləyin

Dünya

Kiyevdə ölənlərin sayı 25-ə çatdı, ölənlər arasında jurnalist də var - YENİLƏNDİ - VİDEO

Ukraynanın paytaxtı Kiyev şəhərində dünən yenidən başlayan toqquşmalarda ölənlərin sayı 25-ə çatıb.

"Vesti" qəzetinin jurnalisti Kiyevdə həlak olub

Kiyevdəki küçə toqquşmaları zamanı "Vesti" qəzetinin jurnalisti Vyaçeslav Veremey həlak olub. Bu barədə məlumatı qəzetin baş redaktoru İqor Qujva Facebook-da təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks" xəbər yayıb.

Onun sözlərinə görə, jurnalist öz həmkarı ilə taksi ilə işdən qayıdırmış. Yol ayrıcında maşına naməlum şəxslər hücum ediblər, maşını tərpətməyə başlayıblar, sürücünü və sərnişinləri maşından çıxararaq onlara döyüblər.

İki nəfər xəsarət alıb, jurnalist isə təcili yardım xəstəxanasında qarnından aldığı güllə yarasından vəfat edib.

10.47

Kiyevdə radikallarla toqquşmalarda 70-dən artıq asayiş keşikçisi odlu silah xəsarəti alıb, doqquz nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Ukrayna DİN-ə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Kiyevdə kütləvi iğtişaşlar zamanı doqquz asayiş keşikçisi odlu silahla qətlə yetirilib. Daxili işlər orqanlarının 371 işçisi yardım üçün müraciət edib, 349 nəfər xəstəxanaya yerləşdirilib. 74 asayiş keşikçisi odlu silah xəsarəti alıb".

Çərşənbə axşamı, parlamentin iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib.

Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.

Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.

10.44

Ukraynanın paytaxtı Kiyev şəhərində dünən yenidən başlayan toqquşmalarda ölənlərin sayı 25-ə çatıb.

Publika.Az –ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu bərədə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

“25 insan ölüb. Onlardan 8-i Səhiyyə Nazirliyinin Kiyevdəki xəstəxanalarında, 4-ü isə Daxili İşlər Nazirliyinin hospitalında dünyasını dəyişib. Qarşıdurmalarda ölən 13 nəfər isə məhkəmə tibbi ekspertizanın Kiyev şəhər kliniki bürosuna çatdırılıb”,- Ukrayna Səhiyyət Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatında deyilir.

Ölnlərdən 9-u polis işçisidir.Məlumata görə, Kiyevdəki qarşıdurmalar zamanı “Vesti” qəzetinin jurnalisti Vyaçeslav Veremiy də dünyasını dəyişib. Sosial şəbəkələrdəki fəallar onun güllə yarasından öldüyünü xəbər veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm