ABŞ-ın dövlət borcu pik həddə çatdı
Bizi izləyin

Dünya

ABŞ-ın dövlət borcu pik həddə çatdı

ABŞ dövlət borcu yenidən ən yüksək həddə çatıb.

Publika.az CBS News-a istinadən xəbər verir ki, hazırda ABŞ-ın dövlət borcu 18,1 trilyon dollardır.

ABŞ-ın maliyyə naziri Cek Lyu daha əvvəl Konqresdə bildirib ki, onun rəhbərlik etdiyi idarə borcun azaldılması üçün bir sıra addımlara təşəbbüs etmək niyyətindədir. O, martın 13-də qiymətli kağızların buraxılışının dayandırılması barədə göstəriş verib. 15 fevral 2014-cü ildə isə ABŞ prezidenti Barak Obama 2015-ci ilin martına qədər dövlət borcunun artımı haqqında qanunu imzalayıb.

Amerika Konqresinin Maliyyə idarəsinin hazırladığı hesabata görə, yaxın 25 il ərzində ABŞ-ın dövlət borcu ölkənin ümumi daxili məhsulunun həcminə nisbətdə 2 dəfədən çox ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm