Separatçılar yeni müharibə hazırlığına başladı
Bizi izləyin

Dünya

Separatçılar yeni müharibə hazırlığına başladı

Qorlovka-Yenakiyevo-Debaltsevo bölgəsində separatçılar və Rusiya hərbçilərindən ibarət 6 minlik hərbi qruplaşma cəmlənib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi qruplaşmanın tərkibinə “Qorlovka qarnizonu”, həmçinin “Oplot” bandit qruplaşması, eləcə də “Şərq” və “Somali” kimi kiçik dəstələr daxildir.

“Uzaqvuran artilleriya vasitələrinin olması bu qruplaşmanın tipik xüsusiyyətidir. Hərbi qruplaşmanın arsenalında “Smerç” yaylım atəş sistemləri və özüyeriyən artilleriya sistemləri var. Bundan başqa, Qorlovkanın şimal ətrafında T-64 və T-72 olmaqla 60-a qədər tank yerləşdirilib. Bu rayonda həmçinin arxa təchizat strukturu və 3 radiolakasiya stansiyası qurulub”, - Tımçuk əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm