Bu dəfə 4 İŞİD üzvünü yandırdılar
Bizi izləyin

Dünya

Bu dəfə 4 İŞİD üzvünü yandırdılar

İraq ordusunun və şiələrdən ibarət hərbi qruplaşmaların Ənbar və Səlahəddin vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyatları davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, son gündə həyata keçirilən əməliyyatlarda İŞİD-in 94 üzvü öldürülüb.

İraq Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, orduya bağlı birliklər Ənbar vilayətinin Fəllucə mahalında 3-ü qadın olmaqla 50 terrorçunu zərərsizləşdirib. Fəllucə mahalının əl-Heytav qəsəbəsində 4 İŞİD üzvünün öldürüldüyü və içində olduqları evin yandırıldığı bildirilir.

Müdafiə Nazirliyi Tikrit şəhəri uğrunda gedən döyüşdə 40 İŞİD üzvünün öldürüldüyünü açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm