• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AKP-dən Fətullah Gülənə şok iddialar: “Aydın olur ki…” - YENİLƏNDİ

  • Dünya
  • 19 Fevral 2014 11:20
  • 880 Baxış
AKP-dən  Fətullah Gülənə şok iddialar: “Aydın olur ki…” - YENİLƏNDİ

AKP-li professor: “Gülənin səs qeydlərindən aydın olur ki…”

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, professor Mazhar Bağlı qonağı olduğu “A Haber” kanalının “60 dakika” proqramında dini lider Fəthulla Gülənin internetdə yayılan son səs qeydlərini qiymətləndirib.

Publika.Az –ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, professor Gülənin özünü dövlətin sahibi olaraq gördüyünü deyib.

“Son səs qeydlərində görünür ki, Fəthullah Gülən “Şəfqət Təpə” serialının ssenarisinə müdaxilə edib. Bu üslubu Hollivud filmlərində görürük. Daha çox xristianların istifadə etdiyi bir üslubdur. Xristian fəlsəfəsi yaxınlarına dindənkənar sahə vasitəsilə dinə çatmağın mümkün olduğunu sübut etməyə çalışır. Səs qeydlərindən aydın olur ki, Gülən özünü dövlətin sahibi olaraq görür, təlimatlar verir. Ancaq özünü həddindən artıq təvazökar göstərir. Bu təvazökarlığın arxasında əslində başqa bir eqoizm var”, - AKP-li söyləyib.

Fətullah Gülənin Fələstin, “Mavi Mərmərə” və Misir hadisələrində məzlumların yanında olmadığını deyən M.Bağlı bunun səbəbini “Çünki, onlar müvəffəqiyyətsizliyin yanında yer almazlar, müvəffəqiyyətin yanında olarlar” şəklində göstərib.

Ömər Dağlı

11.09

Fətullah Gülən [hazırda ABŞ-da yaşayan din xadimi] özünü Türkiyənin sahibi hesab edir. Bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası Şurasının üzvü Məzhər Bağlı deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ölkənin "Sabah" qəzeti yazır.

Onun sözlərinə görə, Gülənin və onun tərəfdarlarının bütün fəaliyyəti ölkənin milli maraqlarının sarsıdılmasına yönəldilib.O, həmçinin qeyd edib ki, Gülən hərəkatı heç vaxt Türkiyənin Fələstinin və Misirin dəstəklənməsinə yönəlmiş addımlarını bəyənməyib.

Bir müddət əvvəl Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR